İzmir sahilərində 44 qanunsuz miqrant xilas edilib


  • 26 İyul 11:53

Türkiyənin İzmir şəhərində 44 qanunsuz miqrant xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Çeşmə sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni immiqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 44 nəfər xilas edilərək sahilə çıxarılıb.

Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər