Türkiyədə fəhlələr arasında kütləvi zəhərlənmə olub


  • 26 İyul 11:48

Türkiyənin İzmir şəhərində kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Torbalı rayonunda fəaliyyət göstərən qida şirkətində çalışan 40 fəhlənin günorta yeməyindən halı pisləşib.

Fəhlələr Torbalı Dövlət Xəstəxanasına aparılıb.

Müayinə və müalicə olunduqdan sonra fəhlələr evə buraxılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər