Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 395 nəfər tutulub


  • 25 İyul 17:03

Son bir həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 395 nəfər tutulub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 7 102 nəfərin isə sərhədi qanunsuz keçməsinin qarşısı alınıb.

Bununla da, cari ilin 7 ayı ərzində sərhədi keçmədən tutulanların sayı 66 min 59-a çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər