Filippin sahillərində neft tankeri aşıb


  • 25 İyul 15:26

Filippində təxminən 1,5 milyon litr yanacaq daşıyan tanker aşıb.

E-huquq.az Filippin Xəbər Agentliyinin (PNA) xəbərinə görə, bu barədə nəqliyyat katibi Jaime Bautista məlumat verib.

Bautista, təxminən 1,5 milyon litr sənaye yanacağı daşıyan "MT Terra Nova" tankerinin Bataan bölgəsi sahillərində aşdığını və 17 ekipaj üzvündən 16-nın xilas edildiyini bildirib.

İtkin düşən şəxsin axtarışlarının davam etdiyini bildirən Bautista güclü külək və yüksək dalğaların axtarış işlərini ləngitdiyini söyləyib.

Filippin prezidenti Ferdinand Markos Jr. qəzanın ətraf mühitə vurduğu zərərin qiymətləndirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verdiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər