Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 72 nəfər saxlanılıb


  • 25 İyul 15:05

Türkiyənin 13 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 72 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir terror təşkilatına qarşı Ankara, Adana, Antalya, Çorum, Elazığ, Qaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzonda keçirilən GÜRZ-1 əməliyyatı zamanı külli miqdarda xarici valyuta, türk lirəsi və rəqəmsal materiallar ələ keçirildiyini söyləyib.

"Terrorçuların göz açmasına icazə verməyəcəyik. Tək bir məqsədimiz var, son terrorçu zərərsizləşdirilənə qədər çəkinmədən mübarizə aparmaq" - deyə nazir bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər