İzmir sahillərində 86 qanunsuz miqrant saxlanılıb


  • 25 İyul 14:55

Türkiyənin İzmir şəhərində 86 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Dikili və Seferihisar sahillərində rezin qayıqlarda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra əraziyə Komandanlığın əməkdaşları cəlb edilib.

Komandalar dayandırılan 2 rezin qayıqda 27 qanunsuz miqrantı yaxalayıb.

İzmirin Urla sahillərində Komandanlığın əməkdaşları tərəfindən 59 qanunsuz miqrant saxlanılıb.

Hadisə ilə bağlı qayıqda olan iki miqrant qaçaqmalçısı saxlanılıb.

Karaburun rayonu sahillərində isə Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan qayıqdakı 19 qanunsuz qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Zərif Sofiyeva

Oxşar xəbərlər