Tayvan və Filippində "Qaemi" qasırğası nəticəsində 25 nəfər ölüb


  • 25 İyul 14:44

Tayvan və Filippində "Qaemi" qasırğası nəticəsində 25 nəfər ölüb.

E-huquq.az BBC-yə istinadən xəbər verir ki, qasırğaya məruz qalan 2 ölkədə leysan yağışlar nəticəsində sel və torpaq sürüşməsi baş verib, evlərə və mağazalara ciddi ziyan dəyib.

Belə ki, Tayvanda daşqın və torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 220-dən çox adam yaralanıb.

Əhaliyə evdə qalmağa və sahil zolağından uzaq durmağa dair xəbərdarlıq edilib.

Filippinin paytaxtı Manilada ilkin məlumatlara görə, sel və torpaq sürüşmələri nəticəsində 22 nəfər həyatını itirib, 3 nəfər itkin düşüb, minlərlə insan köməksiz vəziyyətdə qalıb.

"Sinxua" agentliyinin xəbərinə görə, qasırğa ilə əlaqədar Çinin şərqindəki Fujian bölgəsində 156 min 800 nəfər təxliyə edilib.

Fujian əyalətində sahil boyu 73 sərnişin bərə xidməti dayandırılıb, 97 uçuş isə ləğv edilib.

Zərif Sofiyeva

Oxşar xəbərlər