- 24 iyul 17:16
- Dünya
Konqoda silahlı hücum nəticəsində 35 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində silahlı hücumu nəticəsində 35 mülki vətəndaş həyatını itirib.
E-huquq.az milli mətbuata istinadən əbər verir ki, Şimali Kivu vilayətinin Lubero bölgəsindəki Ombele kəndində Demokratik Alyans Qüvvələri (ADF) adlı etirazçı qrup üzvləri tərəfindən mülki şəxslərə silahlı hücum edilib.
Üsyançılar ətrafdakı evləri qarət edərək çoxlu sayda mülki vətəndaşı girov götürərək ərazidən qaçıblar.
Qeyd edək ki, Konqoda üsyançıların 2014-cü ildən bu yana törətdiyi silahlı hücumlar nəticəsində minlərlə dinc sakin ölüb, yüz minlərlə insan itkin düşüb.
Şəbnəm Mehdizadə