Sərnişin avtobusu ilə avtomobil toqquşub: 10 nəfər yaralanıb


  • 8 İyul 14:38

Türkiyənin Çorum şəhərində sərnişin avtobusu ilə avtomobil toqquşub.

E-huquq.az "TRT Haber" ə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zərif Sofiyeva

Oxşar xəbərlər