İranda havanın çirklənməsi səbəbindən dövlət qurumlarında tətil elan edilib


  • 8 İyul 13:34

İranın Qum şəhərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının işi müvəqqəti dayandırılıb.

E-huquq. az İranın " İRNA" xəbər agentliyinə istinadən xəbər verir ki, dövlət müəssisələri və məktəblər bir günlük bağlanıb.

Agentliyin verdiyi açıqlamada hava çirkliliyi narıncı səviyyəyə yüksəldiyi, toz və qum fırtınalarının çirkliliyi daha artırdığı bildirilib.

Tənəffüs və ürək xəstəlikləri olanlara zərurət olmadıqca çölə çıxmamaları tövsiyə edilib.

Zərif Sofiyeva

Oxşar xəbərlər