İrlandiyada kanaldan iki cəsəd tapılıb


  • 8 İyul 13:07

İrlandiyanın paytaxtı Dublində kanaldan iki cəsəd tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İrlandiyanın "RTE" telekanalı Böyük Kanaldan təxminən 40 yaşlarında olan iki kişi meyitinin çıxarıldığını açıqlayıb.

Bildirilib ki, polis hər iki meyitin şəxsiyyətini müəyyən edib.

Ekspertizanın nəticələri barədə əlavə məlumat veriləcək.

Hər iki şəxsin İrlandiya vətəndaşı və evsiz şəxslər olduğu bildirilib.

Zərif Sofiyeva

Oxşar xəbərlər