Banqladeşdə sel və daşqınlar ciddi fəsadlar törədib


  • 8 İyul 12:37

Banqladeşin Sunamqanc bölgəsində yağan güclü yağışların səbəb olduğu sel və daşqınlar ciddi fəsadlar törədib.

E-huquq.az "Dhaka Tribune" qəzetinə istinadən xəbər verir ki, Banqladeşin Sunamqanc bölgəsinin Sadar, Bişvambharpur, Şantiqanc, Caqanatpur, Dovarabazar, Catak və Tahirpur rayonlarında bir çox ev və iş yerləri daşqınlar zamanı su altında qalıb.

Bölgədə 500 minə yaxın insanın köməyə ehtiyacı var.

Düşərgələrdə yaşayan vətəndaşlar qida və təmiz su çatışmazlığından əziyyət çəkir.

Daşqın qurbanları yerli hökumətlərin yardım vəd etdiyini, lakin heç bir dəstək almadıqlarını bildirirlər.

Qeyd edək ki, ölkədə mayın 17-dən iyulun 3-dək yağan həddindən artıq yağışlar nəticəsində 102 nəfər ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər