Papua Yeni Qvineyada nazir məişət zorakılığına görə saxlanılıb


  • 8 İyul 12:28

Papua Yeni Qvineyanın neft naziri Cimmi Maladina Avstraliyada saxlanılıb.

E-huquq.az "Sydney Morning Herald" qəzetinə istinadən xəbər verir ki, Sidney polisinə məişət zorakılığı barədə məlumat daxil olub.

Polis ünvana gəlib və nazirin həyat yoldaşının ifadəsini alıb. Qadının üzündə ciddi zorakılıq əlamətləri müşahidə edilib.

Daha sonra polis hadisə ilə bağlı neft naziri Cimmy Maladinanı saxlayıb.

Nazir tutduğu vəzifədən istefa verəcəyini bildirib.

Şərti azadlığa buraxılan nazirin məhkəməsi iyulun 9-da keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər