Türkiyədə yaşayış binasında güclü yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib


  • 8 İyul 11:59

Türkiyənin Diyarbəkir şəhərində yaşayış binasında güclü yanğın olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Diyarbəkirin Kayapınar rayonunda yerləşən 15 mərtəbəli binanın 11-ci mərtəbəsində yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım əməkdaşları cəlb edilib.

Yanğın nəticəsində 4 nəfər tüstüdən zərər çəkib.

Qısa müddət sonra yanğının qarşısı alınıb.

Zərərçəkmiş şəxslər şəhərdəki xəstəxanalara aparılıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər