İstanbulda ağır yol qəzası: 13 nəfər yaralanıb


  • 8 İyul 11:30

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər veri ki, hadisə İstanbulun Küçükçekmece adlı ərazisində qeydə alınıb.

3 mikroavtobus və 1 yük maşınının toqquşduğu qəza nəticəsində 13 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım və polis qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Bir müddət sonra qəzaya uğrayan nəqliyyat vasitələri evakuatorun köməyi ilə olduqları yerdən çıxarılıb və nəqliyyatın hərəkəti bərpa edilib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər