Qanunsuz yollarla Türkiyəyə keçən 11 nəfər saxlanılıb


  • 8 İyul 11:12

Türkiyənin Ədirnə şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 11 xarici ölkə vətəndaşı yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri şəhərdə qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yoxlama aparıb.

Ədirnənin Meriç rayonunda aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən Mərakeş, Suriya və Əfqanıstan əsilli 11 nəfər yaxalanıb.

Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər