Kolumbiyada əsgərlərə bombalı hücum: 6 əsgər ölüb


  • 5 İyul 13:10

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həyatını itirib, 4 əsgər isə yaralanıb.

E-huquq.az xəbər verir ki, Antioquia inzibati bölgəsindəki Koposa kəndində əməliyyat keçirən əsgərlərə uzaqdan idarə olunan partlayıcı qurğu ilə hücum təşkil edilib.

Yaralı əsgərlər helikopterlə xəstəxanaya aparılıb. Bölgədə genişmiqyaslı əməliyyatlar davam edir.

Kolumbiya prezidenti Qustavo Petro ölənlərin ailələrinə başsağlığı verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər