BMT: 4,5 milyondan çox efiopiyalı öz evini tərk etmək məcburiyyətində qalıb


  • 5 İyul 13:04

Efiopiyada iyun ayından bu günədək 4,5 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) məlumat yayıb.

Məlumata görə, Efiopiyanın şimal və mərkəzi bölgələrində davam edən qarşıdurmalar və əlverişsiz iqlim şəraitinə görə 4,5 milyon insanın ölkə daxilidə miqrasiya etməli olub.

Qeyd edək kiI, Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında qiyam qaldıran Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb.

Lakin ölkənin müxtəlif bölgələrində etnik münaqişələr davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər