Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 45 nəfər saxlanılıb


  • 5 İyul 12:30

Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir terror təşkilatına qarşı Ankara, Antalya, Aydın, Düzce, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kırşehir, Kilis, Kocaeli, Konya, Kütahya, Manisa, Sakarya və Şanlıurfada həyata keçirilən 'Bozdoğan-48' əməliyyatlarında 45 şübhəlinin saxlanıldığını bildirib.

Əməliyyat zamanı terrorçulara məxsus rəqəmsal materiallar və pul ələ keçirilib.

"Terrorçuların göz açmağına verməyəcəyik" - deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər