Putin: Ərdoğanın siyasi iradəsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edir


  • 4 İyul 19:33

"Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın siyasi iradəsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edir. Bu münasibətlərə kimin mane olduğu hamıya məlumdur".

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada ŞƏT sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Bizə kimin maneə olduğu yaxşı məlumdur, lakin cənab Ərdoğanın siyasi iradəsi kömək edir”, - deyə Putin vurğulayıb.

O, Ərdoğanla qarşılıqlı hesablaşmalar, enerji məsələləri, taxıl və metal tədarükü məsələlərini müzakirə etdiyini söyləyib və iki ölkə arasında bütün məsələlərin həll oluna biləcəyini qeyd edib.

Oxşar xəbərlər