Bodrumda oteldə kütləvi zəhərlənmə olub


  • 4 İyul 14:55

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda oteldə kütləvi zəhərlənməsi olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, otel əməkdaşları yeməkdən sonra qarın ağrısı, ürəkbulanma və qusmadan şikayət ediblər.

Xəstəxanaya yerləşdirilən 19 nəfərə qida zəhərlənməsi diaqnozu qoyulub.

Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Zərif Sofiyeva

Oxşar xəbərlər