Hindistanda daşqınlarda ölənlərin sayı 48-ə çatıb


  • 4 İyul 13:53

Hindistanda güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 48-ə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar davam edir.

Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayı 48 nəfərə çatıb. Minlərlə insan bölgədən təxliyə edilib.

Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.

Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında musson yağışları bölgəyə böyük ziyan vurur. Alimlər son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə edilən güclü yağışların iqlim dəyişikliyi ilə bağlı olduğu bildirirlər.

Zərif Sofiyeva

Oxşar xəbərlər