Yaponiyada qida əlavəsi qəbul edən 500 nəfər xəstəxanaya yerləşdirilib


  • 4 İyul 11:38

Yaponiyada qida əlavəsi qəbul edən 500-dən çox insan xəstəxanaya yerləşdirilib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda xolesterolu azaltmağa kömək etdiyi iddia edən qida əlavələri ilə bağlı mart ayından bəri araşdırma aparıldığı qeyd olunub.

Qida əlavəsinin ümumilikdə 175 insanın ölümünə səbəb olduğu bildirilir.

"Japan Times"ın məlumatına görə, sözügedən qida əlavəsi son üç maliyyə ilində təxminən bir milyon paket satılıb.

Lakin 2023-cü ildə istehsal olunan əlavələrlə bağlı problem yaranıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər