Türkiyədə 15 qanunsuz miqrant saxlanılıb


  • 4 İyul 11:29

Türkiyənin Amasiya şəhərində 15 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vandan İstanbula gedən iki yük maşını polisi əməkdaşları tərəfindən dayandırılıb.

Nəqliyyat vasitələrində olan Əfqanıstan əsilli 15 qeyri-qanuni miqrant polis əməkdaşları tərəfindən saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə aparılıb.

Miqrant qaçaqmalçılığı iddiası ilə saxlanılan 4 nəfərdən 3-ü həbs edilib.

Bir nəfər isə şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər