Sərnişin avtobusu aşıb: 14 nəfər yaralanıb


  • 4 İyul 11:22

Türkiyənin Bingöl şəhərində sərnişin avtobusunun aşması nəticəsində 14 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, avtobus Bingöl-Solhan avtomobil yolunda idarəetmədən çıxaraq aşıb.

Qəza yerinə təcili yardım, jandarma və polis qrupları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 14 nəfər Solhan və Bingöl dövlət xəstəxanalarına çatdırılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər