Bursada yaşayış binasında yanğın baş verib, 7 nəfər tüstüdən zəhərlənib


  • 4 İyul 11:17

Türkiyənin Bursa şəhərində 4 mərtəbəli binada yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın Osmanqazi rayonunda 4 mərtəbəli binanın birinci mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və təcili tibbi yardım qrupu göndərilib.

Yanğın qısa müddətdə söndürülüb.

Binada köməksiz vəziyyətdə qalan 3 nəfər yanğınsöndürmə briqadalarının köməkliyi ilə xilas edilib.

Yanğında tüstüdən zərər çəkən 7 nəfər xəstəxanaya aparılıb.

Yanğının səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər