Haitidə silahlı hücumlar zamanı 25 nəfər həlak olub


  • 4 İyul 11:11

Haitidə silahlı hücumlar zamanı 25 nəfər həyatını itirib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, paytaxt Port-o-Prinsin Qressier qəsəbəsində insanlar qorxudan evlərini tərk etmək məcburiyyətində qalıb.

Quldurlar kiçik qruplar halında hərəkət edərək müxtəlif məhəllələri ələ keçirib.

Polisin keçirdiyi əməliyyatlar nəticəsində qəsəbədə bir çox dəstə üzvü zərərsizləşdirilib, quldurlara məxsus xeyli miqdarda sursat ələ keçirilib.

Prezident Şurasından verilən açıqlamada Qressier qəsəbəsində silahlı dəstələrin törətdiyi hadisələr pislənib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər