Yaponiyada güclü zəlzələ olub


  • 4 İyul 11:02

Yaponiyanın paytaxtı Tokioda 5,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məlumata görə, paytaxtın şərqində, Çiba əyalətinin Katsuura və İsumi sahillərində yerli vaxtla saat 12.125,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerin 50 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ paytaxt Tokio ilə yanaşı Kanaqava, İbaraki və Saitama əyalətlərində də hiss olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər