Antalyada turistləri daşıyan avtobus qəzaya uğrayıb, 15 nəfər yaralanıb


  • 3 İyul 15:48

Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tur avtobusu Antalyanın Manavqat rayonunda idarəetmədən çıxaraq dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü də daxil olmaqla 15 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qrupları sövq edilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər