Türkiyə Ali Məhkəməsi internetdən asılılığı boşanma üçün əsas hesab edib


  • 3 İyul 14:27

Türkiyə Ali Məhkəməsi internetdən asılılığı boşanma üçün əsas hesab edib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaeli şəhərinin Gebze rayonunda boşanma iddiası ilə bağlı keçirilən məhkəmə prosesində ər-arvaddan birinin internet asılılığı səbəbindən həyat yoldaşına, evinə və uşağına kifayət qədər diqqət göstərməməsi Gebze Ailə Məhkəməsi tərəfindən səhv davranış kimi qiymətləndirilib.

Apellyasiya məhkəməsi tərəflərin vəkillərinin qərardan verilən şikayət ərizələrini rədd edib. Tərəflər bu dəfə kassasiya şikayəti verib.

Ali Məhkəmənin Mülki Kollegiyası birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər