Türkiyədə kütləvi davada 4 nəfər yaralanıb


  • 3 İyul 12:15

Türkiyənin Adıyaman şəhərində kütləvi dava olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanın Bahçecik adlı ərazisində iki qrup arasında başlayan mübahisə zamanı tərəflər bir-birinə daş, dəyənək vöə bıçaqla hücum ediblər.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib.

Polis havaya xəbərdarlıq atəşi açıb.

Dava zamanı yaralanan şəxslər şəhərdəki xəstəxanalara aparılıb.

Araşdrma aparılır.

Şəbnəm mehdizadə

Oxşar xəbərlər