Balkan ölkələrində leysan yağışlar ciddi fəsadlar törədib


  • 3 İyul 12:08

Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və Monteneqroda leysan yağışlar ciddi fəsadlar törədib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Sloveniyada dünəndən başlayan güclü yağış və dolu nəticəsində bəzi evlər, iş yerləri və nəqliyyat vasitələrinə ziyan dəyib, bir çox elektrik xətlərində nasazlıq yaranıb.

Xorvatiyanın şərqində yerləşən Bosnjaci kəndində bir evə ildırım düşməsi nəticəsində yanğın baş verib.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç güclü külək nəticəsində kənddəki 1000 evdən 900-ü yararsız hala düşdüyünü bildirib.

Qeyd olunub ki, Xorvatiyanın Brod-Posavina bölgəsində güclü külək nəticəsində çoxlu ev və iş yerləri dağılıb.

Bosniya və Herseqovinanın şimal-qərbində baş verən fırtına səbəbiylə bəzi kəndlərdə elektrik kəsilib, ölkə daxilində bir çox ev və avtomobilə maddi ziyan dəyib.

Serbiyanın paytaxtı Belqradda isə güclü yağış və külək nəticəsində ev və ofisləri su basıb.

Monteneqronun Radovici bölgəsində 1 nəfər ildırım vurması nəticəsində ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər