Ukrayna Macarıstanın atəşkəs təklifini rədd etdi


  • 2 İyul 20:14

Ukrayna Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə müharibədə atəşkəslə bağlı təklifini rədd edib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident ofisinin sədr müavini İqor Jovkva açıqlayıb.

İ.Jovkva bu haqda Ukraynanın yutubda yayımlanan telemarafondakı çıxışı zamanı danışıb.

“Baş nazir öz fikrini söyləyib. Bu, hadisələrin mümkün inkişafına dair mövqe bildirən ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləyib və mövqeyini ifadə edib. Ukraynanın mövqeyi kifayət qədər dəqiq, aydın və bəllidir”, - o deyib.

Oxşar xəbərlər