Adanada meşə yanğını olub


  • 2 İyul 15:00

Türkiyənin Adana şəhərində meşə yanğını olub.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Adananın Kozan rayonunda meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Yanğın qısa zamanda yaxınlıqdakı digər ərazilərə də keçib.

Əraziyə Meşə Regional İdarəsi və Böyükşəhər Bələdiyyəsinə məxsus vertolyot və yanğınsöndürmə briqadası cəlb edilib.

Havadan və qurudan müdaxilə ilə yanğın nəzarət altına alınıb.

Bölgədə soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər