"Beril" qasırğasının intensivliyi "5-ci kateqoriyaya" yüksəlib


  • 2 İyul 13:49

Atlantik okeanında qeydə alınan “Beril” qasırğası nəticəsində 1 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi (NHC) məlumat yayıb.

Qasırğanın intensivliyi "5-ci kateqoriya"ya, sürəti isə saatda 257 kilometrə çatıb.

Qeyd edık ki, “Beril” qasırğası “Emili” qasırğasından sonra “5-ci kateqoriyaya” çatan ikinci Atlantik qasırğası olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər