Yunanıstanda 2010-cu ildən bəri ən isti iyun qeydə alınıb


  • 2 İyul 13:43

Yunanıstanda iyun ayında orta temperatur 2010-cu ildən bəri ən yüksək həddə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstan Meteorologiya İdarəsi məlumat dərc edib.

Hesabatda 2010-cu ildən bu yana ölkədəki 53 meteoroloji stansiyada aparılan müntəzəm ölçmələrin nəticəsi dərc olunub.

Beləliklə cari ilin iyun ayında orta temperaturun 2010-cu ildən bəri ölçülən ən yüksək səviyyəyə çatdığı müəyyən edilib.

Bəzi rayonlarda bu orta göstəricinin digər illərin orta göstəricisindən 4,8 dərəcə yüksək olduğu müəyyən edilib.

İyun ayında ən yüksək temperatur Rodos adasındakı Lindos kəndində 43,6 dərəcə olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər