İspaniyadan Uruqvaya uçan təyyarə məcburi eniş edib: 36 nəfər xəsarət alıb


  • 2 İyul 12:53

İspaniyadan Uruqvaya gedən təyyarə nasazlığa görə Braziliyanın şimal-şərqindəki hava limanında təcili eniş etməli olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın “Air Europa” aviaşirkətinə məxsus sərnişin təyyarəsində olan 36 nəfər texniki nasazlıq nəticəsində xəsarət alıb.

Yaralılardan 23-ü xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən bəziləri isə şoka düşüb.

Hadisənin təfərrüatı araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər