İzmirdə İŞİD-ə qarşı əməliyyat: 11 nəfər saxlanılıb


  • 2 İyul 12:34

Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Əvəvlcədən müəyyən olunmuş ünvanlarda həyata keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb.

Şübhəlilərə məxsus silahlar, təşkilati nəşrlər və çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər