Türkiyədə meşə yanğını olub


  • 1 İyul 16:30

Türkiyənin Mersin şəhərində meşə yanğını baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersinin Anamur adlı ərazisində meşə sahəsində naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və 1 helikopter, 6 su tankeri və 2 su çəni göndərilib.

Yanğının söndürülməsi istiqamətində havadan və qurudan tədbirlər görülüb.

Bir müddət sonra yanğının qarşısı alınıb.

Hazırda ərazidə soyutma işləri aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər