İranda prezident seçkiləri başa çatdı


  • 29 İyun 00:48

İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 24:00-da başa çatıb.

E-huquq.az xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, səsvermənin başa çatması ilə səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, iyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib.

Seçkilərin müddəti 10 saat olsa da, yerli vaxtla 24:00-dək uzadılıb.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

Oxşar xəbərlər