Aliment borcuna görə vəkillərin üzərinə benzin töküb yandırmaq istədi


  • 27 İyun 13:10

Türkiyənin Zonquldak şəhərində 2 qadın vəkil hücuma məruz qalıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 5 il əvvəl həyat yoldaşından boşanan və 186 min lirə aliment borcu olan şəxs vəkillər bürosuna hücum edib.

Tərəflər arasında alimentlə bağlı razılıq əldə edilmədiyinə görə həmin şəxs vəkillərin üzərinə benzin töküb yandırmaq istəyib.

Hadisə yerinə polis cəlb edilib. Şübhəli şəxs saxlanılıb.

Zonquldak Vəkillər Kollegiyası vəkillərə qarşı hücumu pisləyən bəyanat yayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər