- 17 Oktyabr 21:34
İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat nəticəsində yaranan partlayış nəticəsində qəzaya uğraması versiyası təkzib edilib.
E-huquq.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının təbii fəlakətin təhqiqatından sonra ikinci hesabatında deyilir.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.