- 17 Oktyabr 21:34
Braziliyada daşqınlar nəticəsində həyatını itirənlərin sayının 169-a çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 3 həftədir davam edən yağışlar və sel zamanı 56 nəfər itkin düşüb.
469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Suyun səviyyəsinin aşağı düşdüyü bəzi şəhərlərdə su şəbəkələrinin təmir olunduğu və əhalinin tədricən içməli su ilə təmin olunduğu qeyd edilib
Hazırda 42 avtomobil yolu, körpü və küçə su altındadır.
Qeyd edək ki, əyalət rəhbəri Eduardo Leite mayın 3-də bölgədə "fövqəladə vəziyyət" elan edib.
Şəbnəm Mehdizadə