- 17 Oktyabr 21:34
Türkiyənin Mersin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, Mersinin Yenişehir rayonunda təcili yardım maşını ilə avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Qəza yerinə təcili tibbi yardım, polis və bələdiyyənin xilasetmə qrupları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə