Texasda kilsəyə silahlı hücum olub

ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum olub.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Hyuston şəhər mərkəzindən təxminən 10 kilometr aralıda yerləşən Leykvud kilsəsində bazar günü keçiriləcək ibadət mərasimindən bir qədər əvvəl silahlı hücum baş verib.

Kilsənin sosial media hesabında paylaşımda polis əməkdaşlarının hadisə yerində olduğu bildirilib.

Silahlı şəxsin polis tərəfindən vurulduğu və kilsədə axtarış aparıldığı bildirilib.

Hartford Dini Araşdırmalar İnstitutunun məlumatlarına görə, ölkənin 3-cü ən böyük kilsəsi olan Leykvud kilsəsində hər həftə bazar günü ibadətlərinə təxminən 45 min insan qatılır.

Şəbnəm Mehdizadə