- 17 Oktyabr 21:34
Türkiyənin Balıkesir şəhərində sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hərəkətdə olan avtobus işıq dirəyinə çırpılaraq aşıb. Daha sonra arxadan gələn bir avtomobil avtobusa çırpılıb.
Qəza zamanı 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Yaralılar xilasedicilər tərəfindən avtobusdan çıxarılaraq yaxınlıqdakı xəstəxanalara aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə