Londonda elektrik transformatorunda yanğın olub, 80 nəfər təxliyə edilib


  • 17:31

İngiltərənin paytaxtı Londonda elektrik transformatorunda yanğın hadisəsi baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alov yaxınlıqdakı qısa müddətdə böyüyərək yaxınlıqdakı binaya keçib.

80 nəfər bina sakini dərhal təxliyə edilib.

Hadisə yerinə 100-dən çox yanğınsöndürən göndərilib.

Yanğınsöndürmə briqadaları sakinlərə pəncərə və qapıları bağlamağı tövsiyə edib və insanları ərazidən uzaq durmağa çağırıb.

Davam edən yanğının səbəbi hələ müəyyən edilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər