- 20:44
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 52 nəfər ölüb, 113 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2 273 fələstinli həyatını itirib, 5 864 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 52 365-ə, yaralıların sayı isə 117 905- ə çatıb.
Humay Eminqızı