- 20:44
Türkiyənin İzmir şəhərində küçələri məişət tullantılar və zibil bürüyüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ən böyük şəhərlərindən biri olan İzmirin bəzi bölgələrində küçələrdə zibillər qalaqlanıb, ətrafı pis qoxu bürüyüb.
İzmir sakinləri bu vəziyyətən narazılıq edir.
Vətəndaşlar son dövrlərdə şəhərin bir sıra infrastruktur və tullantı problemlərinin narahatedici səviyyəyə çatdığını deyir.
Şəhərin baxımsızlığından, sahilyanı ərazilərdəki pis qoxudan və digər problemlərdən şikayətlənən İzmirlilər həll yolları axtarır.
Şəbnəm Mehdizadə