- 20:44
İsrail ordusu son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif bölgələrində bir jurnalist, dördü qadın və keçmiş məhbusların da olduğu azı 22 fələstinlini həbs edib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatının Əsirlər və Azad Edilənlər Komitəsi birgə açıqlama verib.
Açıqlamada İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunduğu bildirilib.
Hücumlar nəticəsində 171-i uşaq olmaqla 957 fələstinli həyatını itirib.
Bu müddət ərzində 7000-dən çox fələstinli yaralanıb, 16400 nəfər isə həbs edilib.
Humay Eminqızı